Bizi İzləyin:

Haqqımızda

Artıq 1 saat içərisində 100 metr uzunluğunda, 6 metr enində bir tikilinin hazır olması xəyal deyil, Dirəksiz Anqarlarla realdır!

Dirəksiz anqarlar əlvan metallardan istənilən növ tikili üçün yararlı olan, tez bir zamanda yığıla bilən konstruksiyadır.

Anqar qalınlığı 0.70 mm - 1.5 mm arasında dəyişə bilən rəngli və rəngsiz metal listlərdən bir-birilərinə kenetlənmə robotu ilə kenetlənərək yığıla bilən konstruksiyadır. Uzunluğu istənilən ölçüdə quraşdırıla bilən tikilinin eni minimum 6 metr, maksimum 24 metrə qədər mümkündür. Tikilinin hündürlüyü eninin yarısına bərabərdir. Məsələn, eni 10 metr olan tikilinin hündürlüyü 5 metrdir.

Tikilinin istənilən növ izolyasiya qatı ilə izolə edilməsi və istənilən havalandırma növü ilə havalandırılması mümkündür.